...

Tuğda meşədən ermənilərə məxsus partlayıcı vasitələr aşkar edildi (FOTO/VİDEO)

Gündəm Materials 19 May 2023 12:58 (UTC +04:00)
Tuğda meşədən ermənilərə məxsus partlayıcı vasitələr aşkar edildi (FOTO/VİDEO)

Bakı. Trend:

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus partlayıci vasitələr aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları rayonun Tuğ kəndindəki meşə massivində 52 ədəd müxtəlif növ mərmi və 14000 ədəd avtomat patronu aşkar edərək Minatəmizləmə Agentliyinə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti