...

"Facebook"-da böyük xəta

Gündəm Materials 20 May 2023 12:56 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Facebook"-un "Android" ekosistemi üçün ən son yenilənməsi tətbiqdə çox ciddi problem yaradıb.

Trend-in məlumatına görə, yeniləmədəki səhv "Facebook" istifadəçilərinin profillərinə daxil olduqları bütün insanlara avtomatik olaraq dostluq sorğusu göndərməsinə səbəb olub. Mövzu ilə bağlı "Facebook"-dan açıqlama gəlib.

"Facebook"-un sözçüsü məlumat verib:

"Bəzi "Facebook" dostluq sorğularının səhv göndərilməsinə səbəb olan ən son proqram yeniləməsi ilə bağlı səhvi düzəltdik. Bunun səbəb ola biləcəyi narahatlığa görə üzr istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti