...

Azərbaycanın işğaldan azad olunmuş əraziləri beynəlxalq tədbirlərin keçirildiyi yerə çevrilib - Fəridə Əhmədova (FOTO)

Gündəm Materials 26 May 2023 13:04 (UTC +04:00)
Azərbaycanın işğaldan azad olunmuş əraziləri beynəlxalq tədbirlərin keçirildiyi yerə çevrilib - Fəridə Əhmədova (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa və Azərbaycanın bir sıra digər şəhərləri beynəlxalq tədbirlərin keçirildiyi yerə çevrilib.

Trend xəbər verir ki, bunu cümə günü “Heydər Əliyev və iqtisadi islahatlar” mövzusunda keçirilən seminarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin nümayəndəsi Fəridə Əhmədova deyib.

"Azərbaycanda beynəlxalq tədbirlər ənənəvi olaraq Bakıda keçirilirdi. Lakin Qarabağın işğaldan azad olunması və rayonların inkişaf etməsi ilə tədbirlər orada da keçiriləcək", - o deyib.

F.Əhmədova Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin ölkənin hərtərəfli inkişafında oynadığı böyük rolu qeyd edib. "Bu gün beynəlxalq maliyyə təşkilatları Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlılığını, sürətli inkişafını təsdiqləyir. Müasir Azərbaycanın formalaşmasında, xüsusən ölkənin Mərkəzi Asiya ilə Avropa, Şərqlə Avropa, Şimalla Cənub arasında nəqliyyat və enerji habına çevrilməsində Ümummilli Lideri Heydər Əliyevin rolu böyükdür", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti