...

“Azərpoçt” MMC-nin adından saxta mesajlar göndərilir - Xəbərdarlıq

Gündəm Materials 12 İyun 2023 16:35 (UTC +04:00)
“Azərpoçt” MMC-nin adından saxta mesajlar göndərilir - Xəbərdarlıq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Kiberdələduzlar tərəfindən vətəndaşlara “Azərpoçt” MMC-nin adından bağlamanın qəbul edilməsi üçün ünvan qeyd etmədikləri barədə saxta mesajlar göndərilir. Vətəndaşdan mesajın tərkibində qeyd olunan saxta keçid vasitəsilə ünvanı yeniləmələri və bağlamanın düzgün ünvana çatdırılması üçün ödəniş etmələri tələb olunur.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi, bu kimi mesajlar qəbul etdikləri halda, ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
Nəzərinizə çatdırırıq ki, Azərpoçt MMC-nin rəsmi internet informasiya ehtiyatı www.azerpost.az veb ünvanıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti