...

"Xiaomi"nin elektrik avtomobilinin qiyməti nə qədər olacaq? (FOTO)

Gündəm Materials 6 İyul 2023 13:13 (UTC +04:00)
"Xiaomi"nin  elektrik avtomobilinin qiyməti nə qədər olacaq? (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Xiaomi” son bir neçə ildir ki, elektrik avtomobili üzərində işləyir. Çin markasının avtomobil sənayesinə necə təsir edəcəyi ilə bağlı böyük maraq var. Ən son məlumatlara görə, ilk “Xiaomi” markalı avtomobilin qiymət araşdırmaları tamamlanıb.

Trend-in məlumatına görə, “Xiaomi” avtomobilinin qiymətinin müəyyən edilməsi prosesi başa çatsa da, şirkətə yaxın mənbə dəqiq rəqəm açıqlamayıb. Bununla belə, maraqla gözlənilən avtomobilin 150.000 yuan, yəni 20.700 dollar civarında başlanğıc qiyməti ilə təklif ediləcəyi barədə məlumatlar ortaya çıxıb.

Müqayisə üçün xatırladaq ki, “Tesla Model 3” Çində 35 000 dollardan başlayan qiymətlə satılırdı. Bu məlumat doğru olarsa, “Xiaomi”nin elektrik avtomobili bazarda ən sərfəli modellərdən biri olacaq. Avtomobilin 2024-cü ilin ilk yarısında təqdim ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti