...

Astarada 71 yaşlı kişinin qızı tərəfindən öldürüldüyü məlum olub

Gündəm Materials 2 Avqust 2023 16:55 (UTC +04:00)
Astarada 71 yaşlı kişinin qızı tərəfindən öldürüldüyü məlum olub
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Astarada 71 yaşlı kişinin qızı tərəfindən öldürüldüyü məlum olub.

Astara rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Rühəngiz Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti