...

Rusiya sülməramlılarının müşayiəti ilə separatçıların qanunsuz daşımalarının yeni görüntüləri (VİDEO)

Gündəm Materials 25 Avqust 2023 15:14 (UTC +04:00)
Rusiya sülməramlılarının müşayiəti ilə separatçıların qanunsuz daşımalarının yeni görüntüləri (VİDEO)

Bakı. Trend:

Erməni separatçıların Qarabağ ərazisində Rusiya sülməramlılarının himayəsi altında qanunsuz əməlləri davam edir.

Trend-in məlumatına görə, növbəti dəfə daha bir belə fakt qeydə alınıb.

Belə ki, Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin qanunsuz daşımaları həyata keçirilib.

Videodan göründüyü kimi, sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu vasitəsilə növbəti dəfə erməni qeyri-qanuni silahlı birləşmələrinin döyüş mövqelərinə təminat vasitələri daşıyırlar.

Xatırladaq ki, daha öncə də Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin qanunsuz daşımalarına dair videolar yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti