...

İnsanların gün ərzində neçə dəfə telefonlarını yoxladıqları müəyyən edilib

Gündəm Materials 11 Sentyabr 2023 10:38 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

İnsanların gün ərzində neçə dəfə telefonlarını yoxladıqları müəyyən edilib.

Trend xəbər verir ki, qlobal araşdırmada 5 min adam üzərində qiymətləndirmə aparılıb və 18-47 yaş arası insanlar müzakirə edilib. Dünyada 6,925 milyard insan smartfondan istifadə edir. Bu araşdırma insanların öz smartfonlarına necə aludə olduğunu sübut edən məlumatlar təqdim edib.

Araşdırmalar nəticəsində kifayət qədər təəccüblü məlumatlar əldə edilib. Müvafiq olaraq, hər 100 nəfərdən 89-u gündə 144 dəfə telefonundan istifadə edir. Hər 10 nəfərdən biri telefona beş saatdan çox baxır. Bu insanların dörddə biri gündə ən azı üç saatını ekrana baxaraq keçirir. Həmçinin istifadəçilərin ekranı sürüşdürərək 4,8 kilometr məzmun istehlak etdiyi də hesablanıb. Bu maraqlı nəticədən daha qəribə olan başqa bir hesablama da var.

İnsanların 75 faizinin yuxudan oyandıqdan sonra üç dəqiqə ərzində telefonlarına baxdığı da öyrənilib. Smartfon istifadəçilərinin 47 faizi batareyaları 20 faizdən aşağı düşəndə narahat olmağa başlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti