...

Astarada su basan ərazilərdən xilasedicilər 38 nəfəri təxliyə etdi (FOTO/VİDEO) (YENİLƏNİB)

Gündəm Materials 18 Sentyabr 2023 17:54 (UTC +04:00)
Astarada su basan ərazilərdən xilasedicilər 38 nəfəri təxliyə etdi (FOTO/VİDEO) (YENİLƏNİB)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İntensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının subasmaya məruz qalmış ərazilərində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

FHN-dən Trend-ə verilən məlumata görə, Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan ümumilikdə 38 vətəndaş xilasedicilər tərəfindən təxliyə olunub.

Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hazırda Astara rayonu, Ərçivan qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrindən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir.d - 00:29

Bundan əlavə, Lənkəran rayonunda təhlükəsizliyin təmin edilməsi məqsədilə Nazirliyin əməkdaşları ərazidə xidmət aparır.

xxx

15:50

Astarada 15 min əhalinin yaşadığ 40 kəndlə əlaqə kəsilib.

Bunu Trend-ə açıqlamasında Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov bildirib.

Onun sözlərinə görə, İntensiv yağan yağışlar Astara rayonunda ciddi fəsadlar törədib.

"Yağışlar nəticəsində baş verən sel suları Astara rayonunun Vaqu kəndində uzunluğu 25 metr eni isə 10 metr olan dəmir körpünü dağıdıb. Nəticədə 15 minə yaxın əhalinin yaşadığı 40 kəndlə əlaqə kəsilib. İntensiv yağışlar işlərin sürətli aparılmasına da imkan vermir, hələ ki kəndlərlə əlaqəni bərpa etmək üçün alternativ yol yoxdur. Aidiyyatı qurumların əməkdaşları tərəfindən bu istiqamətdə işlər görülür", - deyə o, əlavə edib.

A.Mahmudov qeyd edib ki, dağ kəndləri olan 16 kənd arasındakı yollarda da sürüşmə hadisələri baş verib və kəndlər arası əlaqə kəsilib.

"Eyni zamanda Ərçivan çayının daşması nəticəsində 160-a yaxın ev su altında qalıb, onlardan 37 evin sakinləri təxliyyə olunub. Digər sakinlər də hissə-hissə təxiyə olunur. Hava pronozları da yağışların davam edəcəyini göstərir, bu da yenidən sel təhlükəsini artırır".

Qeyd edək ki, ölkə ərazisində yağan intensiv yağışlar çaylarıdan sel keçməsinə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti