Bakı. Trend:
Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
"General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində
keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını
məlumatlandırıb.
Cənab Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də
Azərbaycanın yanında olduğunu bildirib", - deyə məlumatda qeyd
olunub.