...

“Azərpoçt”-a keçən ay bu qədər müraciət daxil olub

Gündəm Materials 9 Oktyabr 2023 11:56 (UTC +04:00)
“Azərpoçt”-a keçən ay bu qədər müraciət daxil olub
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC -yə sentyabrda 169 Çağrı mərkəzi və digər əlaqə kanalları vasitəsilə ümumilikdə 1682 müraciət qeydə alınıb.

MMC-dən Trend-ə bildirilib ki, vətəndaşların müraciətləri əsasən beynəlxalq poçt göndərişləri, ölkədaxili poçt göndərişləri, poçt şöbələrinin iş rejimi, poçt indeksləri, pulköçürmələri, telefon qeydiyyatı, poçt və maliyyə tarifləri, internet xidmətləri, akiv vakansiyalar və sosial ödənişlərlə bağlı olub.

Daxil olan bütün müraciətlər cavablandırılıb. Araşdırılmasına ehtiyac yaranan müraciətlər aidiyyəti üzrə yönləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti