...

“Threads”dən növbəti yenilik

Gündəm Materials 30 Oktyabr 2023 10:33 (UTC +04:00)
“Threads”dən növbəti yenilik
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Meta” şirkəti özünün “X” (keçmiş “Twitter”) analoqu olan “Threads”ə yeni funksiyaların əlavə edilməsinə davam edir.

Trend-in xəbərinə görə, məlum olub ki, yaxın gələcəkdə “Threads”dəki paylaşımların yaradılması panelinə sorğuların və GIF faylların əlavə edilməsi imkanları istifadəyə veriləcək.

“Instagram”ın rəhbəri Adam Mosseri isə öz növbəsində qeyd edib ki, “Threads”də hazırda paylaşımlara baxış sayını əks etdirən sayğac və hesablarda paylaşımların yuxarı hissəyə bərkidilməsi funksiyaları test edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti