...

Milli Məclisdə Hacıqabul gölü ilə bağlı təklif verilib

Gündəm Materials 14 Noyabr 2023 11:46 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabul gölünü bərpa etsək, ekosistemimizə böyük töhfə olar.

Trend-in məlumatına görə, bunu Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O qeyd edib ki, Hacıqabul gölü ilə bağlı problem hər birinizə məlumdur. “Gölün quruması artıq on illərlə davam edir. Ərazidə yaranan xoşagəlməz vəziyyətin Şirvan şəhərinin və Hacıqabul rayonunun, o cümlədən ümumilikdə ölkəmizin ekoloji vəziyyətinə təsiri isə danılmazdır.

Məlumat üçün deyim ki, Hacıqabul gölunun ekoloji vəziyyəti ilə bağlı məsələ Milli məclisin müvafiq Komitəsinin iş planına daxil edilib. Hacıqabul gölünə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şirvan Şəhər İcra Hakimiyyətinin, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli nümayəndələrinin iştirakı ilə Hacıqabul gölü ətrafında monitorinqlər keçirilmiş gölün su ilə doldurulması mümkün olan hissəsi müəyyən edilmiş, araşdırılan işlərin nəticəsi isə çox ümidverici olub”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti