...

“Spotify” işçilərinin 17%-ni ixtisar edəcək

Gündəm Materials 5 Dekabr 2023 11:07 (UTC +04:00)
“Spotify” işçilərinin 17%-ni ixtisar edəcək
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin audio axını və media xidmətləri şirkəti “Spotify” xərcləri azaltmaq üçün işçi qüvvəsinin təxminən 17%-i ilə yollarını ayıracağını açıqlayıb.

Trend-in məlumatına görə, “Spotify” yanvarda 600, iyunda isə 200 əməkdaşını işdən çıxarıb.

“Spotify”ın CEO-su Daniel Ek işdən çıxarmaların şirkətin üzləşdiyi çətinliklər səbəbindən edildiyini və zamanla kiçik işdən çıxarmalar yerinə indi hərəkətə keçməyi üstün tutduqlarını bildirib. İşdən çıxarıldıqdan sonra “Spotify” işçilərinin sayı 9000-dən təxminən 7500-ə qədər azalacaq.

Qeyd edək ki, yarandığı gündən bəri davamlı olaraq böyüyən şirkətin indi aylıq 574 milyon istifadəçisi var.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti