Bakı. Trend:
“Google” tətbiq mağazası üçün yeni funksiya hazırlayır.
Trend-in məlumatına görə, yeni funksiya A cihazındakı tətbiqləri B cihazından da silməyə imkan verəcək.
İstifadəçi yeni səhifədən daxil olduğu bütün cihazlarda quraşdırılmış proqramları görə və onları silmək üçün əmr verə bilər.
“Google Play” üçün hazırlanmış yeni funksiya belə görünəcək.
Tutaq ki, sizin “Android” əməliyyat sistemi ilə işləyən telefonunuz və planşetiniz var. Telefonunuzdan “Google Play”də profil səhifənizə keçib proqram səhifəsinə daxil olanda həm planşetdə, həm də telefona quraşdırdığınız bütün proqramları görəcəksiniz. Bu səhifədə siz proqram seçə və onu planşetdən silə biləcəksiniz.