...

HƏMAS lideri atəşkəs razılaşmasına nail olmamaqda İsraili günahlandırıb

Gündəm Materials 11 Mart 2024 07:14 (UTC +04:00)
HƏMAS lideri atəşkəs razılaşmasına nail olmamaqda İsraili günahlandırıb

Bakı. Trend:

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Ramazan ayına qədər Qəzza zolağında atəşkəs razılaşmasına nail ola bilməməsinə görə məsuliyyəti İsrail üzərinə qoyub.

Trend-in məlumatına görə, bu barədə İ.Haniyə müracitəində deyib.

Eyni zamanda, Haniyə qeyd edib ki, HƏMAS danışıqların davam etdirilməsi üçün hazırdır.

Onun sözlərinə görə, razılığın əldə olunması üçün vacib prinsip hərtərəfli atəşkəs və Qəzzada müharibəyə son qoyulması, İsrail ordunun Qəzza zolağından tamamilə çıxarılmasıdır.

O bildirib ki, İsrail, xüsusilə atəşkəs məsələsində aydın zəmanət və öhdəliklər verməkdən indiyədək çəkinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti