Bakı. Trend:
Aprelin 3-ü səhər saatlarında Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı bir nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi adanın yanğından mühafizə xidmətinə istinadən bildirib.
Aprelin 3-də yerli vaxtla saat 07:58-də Hualyan qəzasında baş verən 7,2 bal gücündə zəlzələ bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri adanın şərq sahillərində, Hualyan şəhərindən 25 km cənub-şərqdə, ocağı 15,5 km dərinlikdə yerləşib.