...

“Whaling” nədir?

Gündəm Materials 17 Aprel 2024 14:12 (UTC +04:00)
“Whaling” nədir?
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Whaling”dən istifadə edərək kiberdələduzlar rəhbər şəxsləri hədəf alır və müəssisəyə aid məxfi məlumatları ələ keçirməyə çalışırlar.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Whaling” hücumlarından necə qoruna bilərik?

1) Rəhbər şəxslər şəbəkə hesablarında və ya veb-saytlarda fərdi məlumatlarını yerləşdirərkən və ya paylaşarkən diqqətli olmalıdır. Hər hansı bir vacib fərdi məlumatın paylaşılması kiberhücum zamanı istifadə oluna bilər.

2) Müəssisəyə kənar mənbədən daxil olan e-poçtlardakı zərərli faylların və keçidlərin aşkar olunması üçün təhlükəsizlik yoxlamaları tətbiq edilməlidir.

3) Bu cür hücumlar adətən e-poçt vasitəsilə həyata kiçirildiyi üçün e-poçt hesabının ələ keçirilmə ehtimalına qarşı mürəkkəb şifr və ikimərhələli təsdiqləmədən istifadə olunmalıdır.

Elektron Təhlükəsizlik Xidməti bildirilir ki, müəssisə rəhbərləri qeyd olunanlara əməl edərək həm şirkətlərinin, həm də əməkdaşlarının təhlükəsizliyini qoruya bilərlər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti