...

Suriya ordusu Bəşər Əsədin hakimiyyətinin başa çatmasını açıqlayıb

Gündəm Materials 8 Dekabr 2024 10:18 (UTC +04:00)
Suriya ordusu Bəşər Əsədin hakimiyyətinin başa çatmasını açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə zabitlərə məlumat verib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi zabitlər arasında olan mənbəyə istinadən xəbər verib.

"Al Jazeera" telekanalı bildirib ki, hərbçilər Suriya Müdafiə Nazirliyinin qərargahını tərk edirlər. Əsgərlər Dəməşqdə nəzarət-buraxılış məntəqələrini tərk edirlər.

Üsyançıların rəhbərliyi silahlılardan dövlət qurumlarını ələ keçirməməyi, hakimiyyətin planlaşdırılan transferini gözləməyi tələb edib. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali Suriya xalqının seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa və hakimiyyətin “ötürülməsi” üçün hər cür tədbir görməyə hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti