...

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

Gündəm Materials 10 Fevral 2025 13:09 (UTC +04:00)
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, toplanışın planına uyğun olaraq, təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlara ordumuzun silahlanmasında olan atıcı silahların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilir və atış məşqləri keçirilir.

Təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti