...

Elektron sənəd formasında veriləcək sertifikatların təqdim olunmasına başlanılır

Gündəm Materials 10 Fevral 2025 17:33 (UTC +04:00)
Elektron sənəd formasında veriləcək sertifikatların təqdim olunmasına başlanılır
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Elektron sənəd formasında veriləcək sertifikatların təqdim olunmasına başlanılır.

Trend xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesində uğur qazanan müəllimlərin elektron sənəd formasındakı sertifikatları portal.edu.az platformasında yerləşən şəxsi kabinetlərinə əlavə edilib.

"Qeyd olunan dövrdə uğur qazanan müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq ekranın sol hissəsində yerləşən “Sənədlərim” bölməsinə keçid edərək elektron sertifikatlarını əldə edə bilərlər.

Elektron formada təqdim olunan sertifikatlar əlçatanlığı təmin etməklə yanaşı müəllimlərin əlavə vaxt itkisinin də qarşısını alacaq", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti