...

DYP-dən yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ

Gündəm Materials 14 Fevral 2025 12:55 (UTC +04:00)
DYP-dən yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsindən yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Hazırda müşahidə olunan yağmurlu hava yollarda əlverişsiz mühit yaratmaqla yanaşı, qəza riskini də əhəmiyyətli dərəcədə artırıb.

Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri hərəkət iştirakçılarından diqqətli olmağı, qaydalara istisnasız əməl etməyi tələb edir.

Həftəsonu magistral yollarda hərəkət intensivliyinin artacağını da nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə sürət həddini minimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etmək, ötmə, manevr etmə zamanı diqqətli olmaq tövsiyə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın piyadalar üçün də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, onları da məsuliyyətli olmağa, qaydalara sözsüz əməl etməyə çağırır", - deyə xəbərdarlıqda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti