...

Azərbaycan icmasının üzvü ABŞ-də sertifikatlarla təltif olunub (FOTO)

Gündəm Materials 17 Fevral 2025 17:17 (UTC +04:00)
Azərbaycan icmasının üzvü ABŞ-də sertifikatlarla təltif olunub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nyu Yorkda fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova ABŞ-də icmalararası fəaliyyətdə, könüllülük, eyni zamanda sosial mədəni proqramlardə aktiv iştiraka görə təltif olunub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Nyu York ştatının senatorları – Stephen T.Chan (Stefan T. Çan), Jessica Scarcella-Spanton (Cesika Skarsella-Spanton), Nyu York Şəhər Şurasının üzvü Justin Brannan (Castin Brenon), Nyu York Ştat Assambleyasının üzvü Alec Brook-Krasny (Alek Bruk-Krasnı) soydaşımıza sertifikatlar, Nyu York Şəhər Şurasının üzvü Susan Zhuang (Syuzan Şuan) isə mükafat təqdim edib.

Alyona Bədəlovanın rəhbərlik etdiyi “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzi Nyu Yorkda azərbaycanlı uşaq və gənclərin hərtərəfli inkişafında mühüm addımlar atır, milli mədəni irsimizin ABŞ-də təbliğində fəal iştirak edir. Mərkəzdə Azərbaycan milli rəqsləri, rəsm, heykəltəraşlıq üzrə kurslar təşkil olunur.

Qeyd edilib ki, “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti