...

Həftəsonu yabanı halda bitmiş 511 ədəd çətənə kolu aşkar olunub

Gündəm Materials 11 Avqust 2025 10:57 (UTC +04:00)
Həftəsonu yabanı halda bitmiş 511 ədəd çətənə kolu aşkar olunub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Həftəsonu yabanı halda bitmiş 511 ədəd çətənə kolu aşkar olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 9-da və 10-da ümumi çəkisi 23,1 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 156 ədəd çətənə kolu götürülüb.

Yabanı halda bitmiş 472 kiloqram çəkidə 511 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti