...

Ələt-Astara avtomobil magistral yolundakı körpünün bir hissəsi uçub

Hadisə Materials 17 Sentyabr 2007 12:14 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend , müxbir E.Məmmədov/ Ələt-Astara avtomobil magistral yolunun 58-ci kilometrliyində Kür çayının qolu olan Akkuşa çayı üzərindəki körpünün bir hissəsi yenidən çöküb. Trend in bölgə müxbirinin məlumatına görə, körpünün beton laylarından biri uçub.

Həmin körpü bir həftə öncə əsaslı təmirdən sonra istifadəyə verilib.

Körpünün təmiri ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Təmir-bərpa işləri bazar ertəsi axşam saatlarında başa çatacaq.

Xəbər lenti

Xəbər lenti