Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Nizami rayonu, Babək prospektində inşa edilən göydələndə fəhlə yıxılb. Nizami rayon prokurorluğundan Trend ə bildirilib ki, Saatlı rayon sakini 22 yaşlı Elgün Babayev aldığı xəsarətdən hadisə yerində keçinib.
Binanın hansi tikinti şirkəti tərəfindən inşa olunduğu müəyyənləşdirilir.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.
Bu, Bakıda son 10 gündə ikinci hadisədir. Bir nüçə gün öncə də Binəqədi rayonu ərazisində tikintidə analoji hadisə baş verib.