...

Şəkinin kəndləri sel təhlükəsi ilə üzləşib

Hadisə Materials 10 Dekabr 2007 17:20 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Şəkidəki çınqıl karxanasının fəaliyyəti nəticəsində ,rayonun 4 kəndi sel təhlükəsi ilə üzləşib. "Oğuz rayonu ilə Şəkini ayıran Daşagil çayında qum-çınqıl karxanasında aparılan işlər nəticəsində, dörd kəndi müdafiə edən beton səddi yuyulur"- bazar ertəsi jurnalistlərə Şəki Suvarma Sistemləri İdarəsinin sahə rəisi Nüsrət Əliyev bildirib. Onun sözlərinə görə, çınqıl karxanasında aparılan işlər nəticəsində, bəndələr yaz aylarındakı guclu selə tab gətirməyəcək. Sahə rəisi təhlükə ilə bağlı, qazma işləri aparan "UQAN" MMC-nin rəhbərliyinə müraciət etdiyini deyib. Əliyevin bildirdiyinə görə, karxana çayın körpüsünə yaxın olduğundan, körpünün də uçma ehtimalı var. Karxana, qanunla nəzərdə tutulduğu kimi, ən azı 1-1,5 kilometr kənarda olmalıdır.  

"UQAN" MMC-dən karxananın 99 illiyə icarəyə verildiyi barədə Oğuz rayon İcra Hakimiyyətinin sərəncamının olduğunu bildiriblər. 

Şəki paytaxt Bakıdan 352 km şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti