...

Azərbaycanda dəm qazından ölmə hallarının baş verməsi cihazlardan düzgün istifadə edilməməsi ilə bağlıdır -"Azəriqaz"ın sədri

Hadisə Materials 1 Fevral 2008 13:12 (UTC +04:00)
Azərbaycanda dəm qazından ölmə hallarının baş verməsi cihazlardan düzgün istifadə edilməməsi ilə bağlıdır -"Azəriqaz"ın sədri

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda dəm qazından ölənlərin artımının abonentlərə verilən qazın tərkibi ilə heç bir əlaqəsi yoxdur. Bu barədə cümə günü mətbuat konfransında "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov məlumat verib.

Son bir ayda Azərbaycanda dəm qazından ölənlərin sayı iki dəfə artıb. Yanvarın ortalarında bir həftə ərzində Naxçıvan Muxtar Respublikasında dəm qazından 7 nəfər ölüb. Azərbaycanın digər şəhər və rayonlarında ay ərzində dəm qazından 50-yə yaxın insan ölüb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq yayıb.

Məlikov deyib ki, dəm qazından ölmə faktlarının qeydə alınması istifadə olunan məişət cihazlarından düzgün istifadə olunmamasıdır. Onun sözlərinə görə, qaz cihazlarının bəziləri texniki standartlara cavab vermir. Digər tərəfdən, qaz cihazları üçün istifadə olunan sobalar düzgün qoşulmur. Ona görə də istifadə olunan qaz dəm qazına çevrilir. Məlikov bildirib ki, təbii qazın tərkibi yoxlanıldıqdan sonra abonentlərə verilir.

Xəbər lenti

Xəbər lenti