...

Gürcüstanın kəndində iki azərbaycanlını yaralayıblar

Hadisə Materials 2 May 2008 13:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 may / Trend , müxbir N.Kirtsxalia/ Gürcüstanın Vahid Milli Hərəkat (VMH) hakim partiyasının üzvləri Dmanisi rayonunun (Şərqi Gürcüstan) Karabulaxi (Azərbaycanlıların məskunlaşdığı kənd) kəndində yerli seçki məntəqə komissiyasının Birləşmiş Müxalifət tərəfdarlarından olan iki üzvünü yaralayıblar. "Birləşmiş Müxalifət - Milli Şura - sağçılar" blokunun baş ofisindən verilən məlumata görə, dünən gecə hakim hərəkatın sərxoş üzvləri VMH ilə sözsüz əməkdaşlıq etməyi tələb edərək dalaşmağa və bıçaqlaşmağa başlayıblar.

Yaralılar təcili olaraq Tbilisiyə, "Birləşmiş Müxalifət - Milli Şura - sağçılar" seçkiöncəsi blokunun baş qərargahına çatdırılıblar. Daha sonra hər iki zərərçəkən müxalifət blokunun baş qərargahından birinci Tbilisi kliniki xəstəxanasına aparılıblar, burada onlara tibbi yardım göstərilir.

Blok liderlərindən biri olan David Qamkrelidzə jurnalistlərə bildirib ki, milli azlıqların məskunlaşdığı regionlarda hakimiyyət dairələri seçicilərə qarşı həyasızcasına təzyiqlər göstərir, onları hədələyirlər. "Onlar ötən il olduğu kimi, etnik azərbaycanlıların onları dəstəkləməməsinə yol verə bilməzlər və buna görədə güc tətbiq edirlər - bu tam olaraq terrordur ", - deyə o qeyd edib.

Yaralılara baş çəkən Gürcüstanın xalq müdafiəçisi Sozar Subari bildirib ki, "bu təsadüfi fakt deyil, çünki digər halda bu insanlar cəzalandırılmış olardı və qaranlıqda yaralıları Tbilisiyə aparmaq lazım gəlməzdi".

"Bu insanları yaralayan cinayətkarların hələ də azadlıqda olması bunun təsadüfi bıçaqlanma deyil,siyasət xarakteri daşıdığını sübut edir", - deyə o bildirib.

Hakim partiyanın baş katibi Zurab Melikişvili də yaralılara baş çəkib. O qeyd edib ki, hakimiyyət "bütün müqəssirlərin sərt cəzalandırılması" üçün lazımi tədbirlər görəcək. "Mən söz verirəm ki, bu fakt ciddi araşdırılacaq", - deyə baş katib bildirib.

Xəbər lenti

Xəbər lenti