...

Azərbaycanın cənub bölgəsində İnternetə qoşulmaqda problemlər yaranıb

Hadisə Materials 9 İyul 2008 20:43 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 09 iyul / Trend , müxbir P.Əliyeva / Bu gün səhər saat 11 radələrindən indiyə qədər cənub bölgəsində İnternetə 178- lə parolsuz qoşulmada problemlər yaranıb. Bu qoşulmadan istifadə edən abonentlər İnternetə qoşula bilmirlər. "Aztelekom" İstehsalat Birliyinin mühəndisi Əli Qasımovun Trend ї un bölgə müxbirinə verdiyi məlumata görə, İnternetlə bağlı problem Bakıda yaranıb. Hazırda mütəxəssislər problemin aradan qaldırılması üçün araşdırılmalar aparırlar. Qeyd olunur ki, İnternetə bir neçə saatdan sonra qoşulmaq mümkün olacaq. Qeyd edək ki, bu problem Astara, Masallı, Lerik, Yardımlı rayonlarında da müşahidə olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti