...

Bakı sakininin evindən böyük məbləğdə pul oğurlanıb

Hadisə Materials 7 Oktyabr 2008 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Xətai rayonu sakininin evindən xeyli miqdarda pul oğurlanıb.

Xətai rayon Polis İdarəsinin (RPİ) 37-ci polis bölməsindən çərşənbə axşamı Trend - a verilən məlumata görə, oktyabrın 6 - da səhər saat 09:00 radələrində Sabit Orucov küçəsi, ev 13, mənzil 30 ünvanında yaşayan Saqif Mustafayevin evindən 7600 manat pul oğurlanıb.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilib, tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Xəati RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti