...

Bakıda sərnişin avtobusunda 5 min dollar pul oğurlanıb

Hadisə Materials 20 Oktyabr 2008 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nizami rayonu ərazisində sərnişin avtobusunda 55 yaşlı Ağdaş sakininin cibindən xeyli miqdarda pul oğurlanıb.

Nizami rayon Polis İdarəsinin (RPİ) 24 - cü polis bölməsindən bazar ertəsi Trend - a verilən məlumata görə, oktyabrın 19 - da saat 13:00 radələrində Ağdaş sakini Tahir Bahəddin oğlu Süleymanov Babək prospektində, 151 saylı marşrut avtobusunda gedərkən cibindən 5 min ABŞ dolları oğurlanıb.

Hazırda oğurluq edən şəxsin müəyyən edilib tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat -axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nizami RPİ - də araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti