...

Azərbaycan Ordusunun zabiti xidməti silahı ilə özünü öldürüb

Hadisə Materials 23 Oktyabr 2008 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Ordusunun zabiti oktyabrın 23-də intihar edib.

Hərbi mənbədən cümə axşamı Trend -a verilən məlumata görə, Müdafiə Nazirliyinin Kürdəmir rayonundakı (paytaxt Bakıdan 180 kilometr aralı) N saylı hərbi hissəsinin zabiti, leytenant Sərxan Əbdülrəhim oğlu Yəhyazadə xidməti silahı ilə özünə atəş açaraq intihar edib.

Yəhyazadə Goranboy rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Faktla bağlı Tərtər rayon Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Tərtər rayon Hərbi Prokurorluğundan məlumatı təsdiqləyiblər və hazırda prokurorluq əməkdaşlarının hadisə yerində araşdırma apardığı bildirilib.

Müdafiə Nazirliyindən bildiriblər ki, baş verən hadisə araşdırılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti