...

Azərbaycanda yarım milyona yaxın dollar mənimsəyən şirkət nümayəndələri axtarışa verilib

Hadisə Materials 18 Noyabr 2008 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanda şirkət yaratmaq adı ilə dələduzluq edib 11 nəfərdən külli miqdarda pul alıb mənimsəyən şəxslər müyyən edilib.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən çərşənbə axşamı Trend -a məlumat verilib.

Məlumata görə, 2007-ci ilin noyabr ayından 2008-ci ilin oktyabr ayına kimi "Qalaktika Kosmos" MMC-nin prezidenti Sevda İsa qızı Xəlilova, Musa İsa oğlu Xəlilov və Nurlan adlı şəxs humanitar təşkilat yaratmaq adı ilə 11 nəfərdən 433 400 dollar alaraq mənimsəyiblər.

Faktla bağlı hazırda Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsində araşdırma aparılır.

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsindən çərşənbə axşamı Trend -a bildiriblər ki, hadisə haqda zərərçəkənlər polisə müraciət ediblər. "Toplanan təhqiqat materialları araşdırılması üçün Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib", - deyə polis bölməsindən bildiriblər.

Polis bölməsindən dələduzluq ertməkdə təqsiriləndirilən şəxslərin hələlik polislər tərəfindən dindirilmədiyini, bunun üçün onların axtarıldığını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti