...

Azərbaycanda həbsxanaya psiхоtrоp maddə keçirən Gürcüstan vətəndaşı saxlanılıb

Hadisə Materials 24 Dekabr 2008 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr, / Trend müxbir S.Kazımlı/ Azərbaycanda həbsxanaya psiхоtrоp maddə keçirən qadın yaxalanıb, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən çərşənbə günü Trend -a məlumat verilib.

Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çərşənbə günü Qobustan həbsxanasına görüşə gələn Gürcüstan Respublikasının vətəndaşı 1949-cu il təvəllüdlü Gülnaz Aleksandrova Bejanişvilidən 100 ədəd psixotrop maddə olan "Oksazepam" aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]



Xəbər lenti

Xəbər lenti