...

Gürcüstanda yol qəzası nəticəsində üç nəfər həlak olub

Hadisə Materials 13 İyul 2009 20:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanın İmereti regionunun Nakerala aşırımında avtobusun qəzaya uğraması nəticəsində üç nəfər ölüb və 15 nəfərdən artıq insan yaralanıb. İmereti qubernatorunun administrasiyasından verilən məlumata görə, avtobus dərəyə düşüb. Hadisə yerinə xilasedicilər cəlb edilib.

Xilasedicilərin səyi nəticəsində dərədən üç meyit və 15 yaralı çıxarılaraq Tkibuli şəhər xəstəxanasına göndərilib. Bütün yaralılara yardım göstərilsə də, onların vəziyyətinin ağır olub olmadığı barədə məlumat yoxdur. İlkin məlumata əsasən, "Boqdan" tipli avtobusda 20 gənc olub və onlar Raça regionundakı "Vətənpərvərlər" düşərgəsinə gedirmişlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti