Əfqanıstanın Nimruz əyalətində Koalisiya Qüvvələrinin hava hücumu zamanı 21 Taliban döyüşçüsü həlak olub, bir neçə nəfər yaralanıb. Bu barədə Əfqanıstanın AVAPRESS agentliyi məlumat yayıb.
"Koalisiya Qüvvələrinin hərbi təyyarələri Çaharbərcək şəhərinin magistral yolunda bir neçə avtomobili atəşə tutub. Hadisə nəticəsində hökumətə müxalif olan Taliban döyüşçülərindən 21 nəfər həlak olub, bir neçə nəfər yaralanıb", - deyə Nimruz əyalətinin valisi Qulam Dəstgir Azad bildirib.
Onun sözlərinə görə, Taliban döyüşçüləri Çaharbərcək şəhərindən Helmənd əyalətinə getmək niyyətində olublar.
Azad əlavə edib ki, hadisə zamanı ölənlər arasında bir neçə xarici vətəndaşın və Taliban komandirinin də cəsədləri var.