...

Tehran bazarındakı yanğında 11 nəfər xəsarət alıb

Hadisə Materials 6 Oktyabr 2009 13:04 (UTC +04:00)

Tehran şəhər Təcili Tibbi Yardım Mərkəzinin mətbuat xidməti Mehdi Fəzilətxah bildirib ki, Tehran bazarında baş vermiş yanğın zamanı 11 nəfər xəsarət alıb. Xəsarət alanların yeddisinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

"İkisi yanğınsöndürən olmaqla, 4 nəfər ağır vəziyyətdə olduğu üçün Sina və Firuzgər xəstəxanalarına çatdırılıb", - deyə Fəzilətxah deyib.

Yanğın oktyabrın 5-də yerli vaxtla saat 19.00-da mağazada başlayıb və az bir vaxtda qonşu dükanlara keçib. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadası gəlib. Yanğın söndürülüb.

Xəbər lenti

Xəbər lenti