...

Bakıda orta məktəbdə uçqun baş verib

Hadisə Materials 4 Dekabr 2009 18:22 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yayılan məlumata görə, hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, təmir işləri aparılarkən məktəbin 2-ci mərtəbəsində ümumi sahəsi təxminən 30-40 kv.m. olan beton tökmək üçün hazırlanmış taxta qəlib uçub.
Bakıda orta məktəbdə uçqun baş verib

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir M.Əliyev/

Bakıda Təhsil Nazirliyinə məxsus 134 saylı orta məktəbdə uçqun baş verib.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yayılan məlumata görə, hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, təmir işləri aparılarkən məktəbin 2-ci mərtəbəsində ümumi sahəsi təxminən 30-40 kv.m. olan beton tökmək üçün hazırlanmış taxta qəlib uçub. Xilasedicilər hadisə yerinə baxış keçirib və uçqun altında zərərçəkmişlərin olmadığını müəyyən ediblər. Əməliyyat saat 15:58-də başa çatıb. İlkin ehtimala görə, qəlib ağırlıq nəticəsində uçub.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti