...

Permdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması hələki təsdiqlənməyib - Ümumdünya Azərbaycanlıları Konqresi

Hadisə Materials 5 Dekabr 2009 14:26 (UTC +04:00)
Permdəki kafedə baş verən partlayış zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması haqda informasiya hələki təsdiqlənməyib, Azərbaycanın diaspor təşkilatından məlumat verilib.
Permdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması hələki təsdiqlənməyib - Ümumdünya Azərbaycanlıları Konqresi

Azərbaycan, Bakı, 05 dekabr / Trend , müxbir Y.Ostapenko/

Permdəki kafedə baş verən partlayış zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması haqda informasiya hələki təsdiqlənməyib, Azərbaycanın diaspor təşkilatından məlumat verilib.

"Biz mənbələrimizlə əlaqə saxlamışıq. Hələlik belə bir məlumat yoxdur", - Ümumdünya Azərbaycanlıları Konqresinin Moskva şöbəsinin sədri İlqar Hacıyev Trend -a Moskvadan məlumat verib.

Azərbaycanın Rusiyadakı səfirliyinə də hələlik bu haqda dəqiq məlumat daxil olamyıb. Ölən və yaralanlar haqda məlumat dəqiqləşdirilir.

Hadisə Permdə yerli vaxtla təxminən saat 1-də "Xromaya loşad" gecə klub-kafesinin yeddi illiyinin qeyd edilməsi zamanı baş verib. Klub demək olar ki, tamamilə yanıb. Ümumi sahəsi 500 kvadrat metr olan obyektin 400 kvadrat metri yanıb.

Permin xəstəxanasından İnterfaks agentliyinə verilən məlumata görə, buraya yerləşdirilən yaralılardan 5 nəfəri dünyasını dəyişib. Beləliklə də ölənlərin sayı 103 nəfərə çatıb.

FHN-nin məlumatına görə, 102 nəfər faciənin qurbanı olub.

5-7 dekabr regionda matəm elan edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti