...

Pyatiqorskdakı partlayışdan zərərçəkən azərbaycanlı Moskvaya aparılıb – səfirlik

Hadisə Materials 18 Avqust 2010 13:34 (UTC +04:00)
Pyatiqorskda baş vermiş partlayışda yaralanan azərbaycanlı Həsənov Qərib Mustafa oğluna tibbi yardım Moskva xəstəxanalarından birində göstəriləcək.
Pyatiqorskdakı partlayışdan zərərçəkən azərbaycanlı Moskvaya aparılıb – səfirlik

Azərbaycan, Bakı, 18 avqust / Trend, müxbir S.Ağayeva /

Pyatiqorskda baş vermiş partlayışda yaralanan azərbaycanlı Həsənov Qərib Mustafa oğluna tibbi yardım Moskva xəstəxanalarından birində göstəriləcək.

Aralarında 16 yaşlı Həsənov olmaqla içərisində dörd ağır yaralı olan təyyarə Moskva vaxtı ilə saat 12.00-da Domodedovo aeroportunda yerə enib. Yaralılar çox güman ki, iki xəstəxanada- akademik Burdenko adına Neyrocərrahiyyə ETİ-da və Moskva Gelmqols adına göz xəstəlikləri ETİ-da yerləşdiriliblər. Bu barədə Trendə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Partlayış çərşənbə axşamı şəhərin mərkəzindəki Kirov küçəsində yerli vaxtla saat 16.30 radələrində baş verib. Belə ki, kafenin yanında dayanmış maşın partlayıb. Üç maddə, eləcə də "terror aktı" maddəsi üzrə cinayət işi qaldırılıb. RİA Novosti yazır.

Pyatiqorsk şəhəri üzrə Rusiya FHN Federal Yanğın xidmətinin son məlumatına görə, partlayışda 26 nəfər yaralanıb, onlardan üçünüm vəziyyəti ağırdır.

Yaralıları Rusiya Səhiyyə Nazirliyinin Ümumrusiya Tibbi Fəlakət Mərkəzinin həkimləri müşaiyət edirlər. Səfirliyin Rusiya FHN-nin nümayəndəsinə istinadən verdiyi məlumata görə, Həsənovu onun qardaşı Emin də müşaiyət edir.

"Hazırda Həsənovun vətəndaşlığı haqda məsələ açıq qalır, səfirlik onu nəzarət altında saxlayır. Hələlik Həsənovun hansı xəstəxanaya göndəriləcəyi məlum deyil, səfirlik bu məsələni araşdırmaq və günün ikinci yarısında yaralının sağlamlıq vəziyyəti barədə öyrənmək niyyətindədir. Həsənovun gözündən yaralandığı məlumdur", - diplomatik missiyadan bildiriblər.

Xəbər lenti

Xəbər lenti