...

Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan zəvvarlarının meyitləri Vətənə gətirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Hadisə Materials 25 Noyabr 2010 07:08 (UTC +04:00)
Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində həlak olan beş Azərbaycan zəvvarının meyitləri bu gün Bakıya gətirilib.
Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan zəvvarlarının meyitləri Vətənə gətirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

RED.Əlavəsi: fotoşəkillər əlavə edilib

Azərbaycan, Bakı, 25 noyabr /Trend müxbiri M.Əliyev/

Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində həlak olan beş Azərbaycan zəvvarının meyitləri bu gün Bakıya gətirilib.

Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində Əhmədov Səməd Nadir oğlu (1982-ci il təvəllüdlü), Əlicanova Hacıxanım Əliağa qızı (1944-cü il), Baxşəliyeva Solmaz Abuzər qızı (1941-ci il), Dadaşova Zemfira Qəmbər qızı (1965-ci il) və Kərimov Məhərrəm Balababa oğlu (1938-ci il) həlak olub.

Həlak olanların meyitləri ilə yanaşı Heydər Əliyev adına Bakı hava limanına həmçinin yol qəzası zamanı yaralanmış və daşınması mümkün olan Azərbaycan zəvvarları gətirilib. Qalan zərərçəkmişlər Türkiyənin xəstəxanalarında müalicəsini davam etdirirlər.

Bakıya 20 yaralı şəxs və beş nəfərin meyitləri gətirilib. Xəsarət alanlardan 11-nin vəziyyəti tam qənaətbəxşdir, qalanlar isə zərurət olduğu halda təxliyyə olunacaq. Altı yaralı Sivasda qalıb, daha bir nəfər onlara qulluq etmək üçün orada qalıb, vəziyyəti daha ağır olan iki zəvvar isə müalicələrini davam etdirməkdən ötrü Kayseridə saxlanılıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov jurnalistlərə təyyarə Bakıya gələrkən bildirib.

Payızovun sözlərinə görə bu hadisə ilə əlaqədar bütün xərcləri Qafqaz Müsəlmanları İdarəsi öz üzərinə götürüb.

Jurnalistlərin suallarına cavab verərkən zərəçəkmişlərdən biri İlqar Muradov bildirib ki, hadisə qəflətən baş verib və qəza baş verənə qədər avtobusda heç bir texniki nasazlıq olmayıb.

"Hava şəraiti əla idi, gün boyu günəşli hava olub. Qəza axşam saatlarında, 6-7 radələrində baş verib. Avtobus dağ yolları ilə hərəkət edirdi. Şükür Allaha ki, qəza bilavasitə uçurumun yanında baş verməyib", Muradov deyib.

Türkiyənin Sivas əyalətinin Şarkışla əyalətində çərşənbə axşamı saat 17:50 radələrində Azərbaycan zəvvarlarını daşıyan avtobusun qəzaya uğraması nəticəsində beş nəfər həlak olub, 27 nəfər yaralanıb, onlardan yeddisinin vəziyyəti ağırdır. Bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

90-DS-393 dövlət nömrə nişanlı avtobusda cəmi 34 sərnişin olub.

Türkiyədəki polis mənbələrindən əldə edilən məlumata görə, qəzaya səbəb avtobus sürücüsünün döngələrin birində idarəetməni itirməsi olub. Nəticədə avtobus su arxına düşüb. Qəza yerinə təcili yardım, polis, jandarm və mülki müdafiə maşınları göndərilib. Zərərçəkənlərin təxliyyəsi üzrə işlərdə yerli sakinlər də iştirak edib.

Bu il ölən azərbaycanlı zəvvarların sayı olduqca çox olub. Bazar ertəsi Məkkədən qayıdan Şamaxı rayonunun axundu Mustafa Məmişov Bakıdan Şamaxıya gedərkən qəzaya uğrayıb və aldığı xəsarətdən ölüb. Həccə gedənlərdən 75 yaşlı Duha Məmmədova Məkkədə, 71 yaşlı Xanbala Atakişiyev Suriyanın Şam şəhərində, 68 yaşlı Mafi Nəzərov Həccdən qayıdarkən Suriyada dünyasını dəyişib.

Builki Həcc ziyarətində 2000 azərbaycanlı zəvvar iştirak edib.

Xəbər lenti

Xəbər lenti