...

Bakıda avtomobillərdən oğurluq edən qrup yaxalanıb

Hadisə Materials 28 Yanvar 2011 11:24 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin, Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, 17-ci və 18-ci polis bölmələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli billinənlər - Vüsal Ağakişiyev, Yusif Nuriyev, Asif Əhmədov, Nicat Mustafayev, Fərid Əyyublu və Təbriz Fətəliyev yaxalanıblar.
Bakıda avtomobillərdən oğurluq edən qrup yaxalanıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda avtomobillərdən oğurluq edən qrup yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin, Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, 17-ci və 18-ci polis bölmələrinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli billinənlər - Vüsal Ağakişiyev, Yusif Nuriyev, Asif Əhmədov, Nicat Mustafayev, Fərid Əyyublu və Təbriz Fətəliyev yaxalanıblar.

Saxlanılanlar 2010-cu il dekabrın 25-nə keçən gecə İsaqzadə qəsəbəsində Elməddin Dəmirova məxsus "VAZ-2107" markalı avtomobildən maqnitafon, 5 ədəd səs gücləndirici, ehtiyyat təkər, Elfaq Allahverdiyevə məxsus "VAZ-2106" markalı avtomobildən isə maqnitafon oğurlayıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, onlar yanvarın 5-də Mərdanov qardaşları küçəsində Həsənağa Məmmədova məxsus "VAZ-2106" markalı, Daş karxanası küçəsində yaşayan Elşad Xəlilova məxsus "VAZ-2107" markalı və yanvarın 14-də Hidayətzadə küçəsində Fərid Məmmədova məxsus "VAZ-2107" markalı avtomobillərdən maqnitafonlar oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti