...

Ankarada baş verən partlayışda azərbaycanlıların olması ehtimalı azdır - səfirlik (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 3 Fevral 2011 14:42 (UTC +04:00)
Ankaradakı "Ostim" sənaye mərkəzində partlayış baş verib. Trend-in CNN Türk-ə istinadən verdiyi məlumata görə, parlayış nəticəsində generator istehsal edilən hissənin bir mərtəbəsi çöküb. İlkin məlumatlara görə, 40-50 nəfər yaralı var.
Ankarada baş verən partlayışda azərbaycanlıların olması ehtimalı azdır - səfirlik (ƏLAVƏ OLUNUB-2)

Sonuncu cümlə əlavə olunub.  (ilk məlumat saat 13:56-da yayılıb)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Ankaradakı "Ostim" sənaye mərkəzində partlayış baş verib. Trend-in CNN Türk-ə istinadən verdiyi məlumata görə, parlayış nəticəsində generator istehsal edilən hissənin bir mərtəbəsi çöküb. İlkin məlumatlara görə, 40-50 nəfər yaralı var.

İlkin ehtimala görə, partlayışa səbəb qaz sızmasıdır. Son məlumata görə partayışın baş verdiyi dordmərtəbləri binanın iki mərtəbəsi çöküb. Ölənlərin olmacağı istisna deyil

Azərbaycanın Türkiyədəki səfirliyindən telefon vasitəsi ilə Trend-ə bildiriblər ki, hadisə yerində Azərbaycan vətəndaşlarının olması ehtimal edilmir, lakin səfirlik araşdırmasını davam etdirəcək.

Son məlumata görə, hadisə zamanı üç nəfər insan dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti