...

Rusiya tərəfindən axtarışda olan Gürcüstan vətəndaşı Azərbaycanda saxlanıb

Hadisə Materials 14 Mart 2011 15:40 (UTC +04:00)
Rusiya tərəfindən axtarışda olan Gürcüstan vətəndaşı Azərbaycanda saxlanıb.
Rusiya tərəfindən axtarışda olan Gürcüstan vətəndaşı Azərbaycanda saxlanıb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir K.Zərbalıyeva/

Rusiya tərəfindən axtarışda olan Gürcüstan vətəndaşı Azərbaycanda saxlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Qazax rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə (qəsdən adamöldürmə) Pskov vilayəti Daxili İşlər İdarəsi tərəfindən axtarışda olan Gürcüstan vətəndaşı Anar Cəlilov saxlanıb.

Xəbər lenti

Xəbər lenti