...

Şabranda mağazadan oğurluq etmiş keçmiş məhkum tutulub

Hadisə Materials 5 Aprel 2011 12:30 (UTC +04:00)
Şabranda mağazadan oğurluq etmiş keçmiş məhkum tutulub.
Şabranda mağazadan oğurluq etmiş keçmiş məhkum tutulub

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Şabranda mağazadan oğurluq etmiş keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şabran rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakinləri, əvvəllər məhkum olunmuş Mehdi Şahbazov və Bəhram Həsənov saxlanılıblar.

Onlar aprelin 3-də Rasim Həmidova məxsus mağazadan 1200 manat dəyərində ərzaq məhsulları, spirtli içkilər və sənaye mallarını oğurlamaqda şübhəli bilinirlər.

Xəbər lenti

Xəbər lenti