...

Azərbaycanlı mülki şəxs qoşunların təmas xəttində minaya düşüb

Hadisə Materials 29 Aprel 2011 13:09 (UTC +04:00)
Azərbaycanlı mülki şəxs qoşunların təmas xəttində minaya düşüb.
Azərbaycanlı mülki şəxs qoşunların təmas xəttində minaya düşüb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanlı mülki şəxs qoşunların təmas xəttində minaya düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildirilib ki, Füzuli rayonunun Cocuq Mərcanlı kəndi ərazisində qoyun otaran Qazaxlar kənd sakini Əlqəmə Abbasov minaya düşüb. Baş vermiş partlayış nəticəsində Abbasov ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti