Azərbaycan, Bakı, 14 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Ordusunun hərbi qulluqçusunu ildırım vurub.
Hərbi mənbədən Trend-ə verilən məlumata görə, dünən Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsində xidmət keçən hərbi qulluqçu Seymur Qədirovu ildırım vurub və o, hadisə yerində keçinib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə məlumatı təsdiqləyib. Abdullayev bildirib ki, ötən ilin iyununda Kürdəmir rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış 24 yaşlı Qədirov Seymur Sabir oğlu dünən axşam ildırım vurması nəticəsində həlak olub.