Azərbaycan, Bakı, 18 may /Trend, müxbir K. Zərbalıyeva/
Azərbaycan Ordusunun kiçik çavuşu əsgər yoldaşını qətlə yetirib, sonra isə özünü öldürüb. Bu barədə Trend-ə hərbi mənbədən məlumat verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə məlumatı təsdiqləyib.
Abdullayev bildirib ki, dünən Naxçıvandakı N saylı hərbi hissədə xidmət edən kiçik çavuş, 19 yaşlı Əliyev Elvin Əkbər oğlu əsgər yoldaşı, 19 yaşlı Abdullayev Tofiq Madar oğlunu qətlə yetirib. Əliyev sonra özünü öldürüb.
Əliyev Ordubad, Abdullayev isə Şərur rayon Hərbi komissarlıqlarından hərbi xidmətə çağrılıblar.
Qətlin səbəbləri araşdırılır. Faktla bağlı hərbi prokurorluqda cinayət işi başlanıb, istintaq aparılır.