...

Permdə ruslarla azərbaycanlılar arasında dava olub

Hadisə Materials 31 May 2011 11:52 (UTC +04:00)
Kudımkarda ( Perm diyarı) azərbaycanlılarla yerli sakinlərin kütləvi davası olub.
Permdə ruslarla azərbaycanlılar arasında dava olub

Azərbaycan, Bakı, 31 may /Trend

Kudımkarda ( Perm diyarı) azərbaycanlılarla yerli sakinlərin kütləvi davası olub. Trend-in məlumatına görə, DİN-in regional Baş İdarəsindən bildirilib ki, səhər saat 4:30-da yerli daxili işlər şöbəsinə "Atlant" kafesindəki dava barədə məlumat daxil olub.

Mühafizə əməkdaşları hadisə yerinə gəldikdə davada 15-dən çox adam iştirak edirmiş. Dava nəticəsində yaralanan 6 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü bıçaq xəsarətləri alıb. Daxili işlər orqanları əməkdaşlarının müəyyən etdikləri kimi, davanın səbəbkarı 1980-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. O, pivə şüşəsini açaraq onu yerli sakinin üzərinə töküb. Daha sonra cinayətkar şüşə ilə yerli sakinin başından vurub və kafedə olan digər şəxslərə də xəsarətlər yetirib. Nəticədə kütləvi dava düşüb, dava zamanı digər Azərbaycan vətəndaşı (1981-ci il təvəllüdlü) bıçaq çıxararaq bir neçə nəfərə xəsarət yetirib. Yaralananlar arasında işədn kənar vaxt kafedə istirahət edən milis əməkdaşı da olub. Dava edənləri ayırmağa çalışan zaman o da bıçaqlanıb. Hadisə ilə əlaqədar sağlamlığa qəsdən ağır xəsarət yetirmək faktı üzrə RF CM-in 111-ci maddəsinin 1-ci bəndi üzrə cinayət işi qaldırılıb. Həmçinin, istintaq orqanları RF CM-in 213-cü (xuliqanlıq) və 116-cı (döymə) maddələri üzrə də cinayət işinin qaldırılması məsələsini araşdırırlar. Bununla yanaşı, DİN-in regional Baş İdarəsi hesab edir ki, münaqişə milli deyil, məişət zəminində baş verib.

Xəbər lenti

Xəbər lenti